15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb

9 İyun 2022 14:55

Xəbər 321 dəfə oxunub

2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.4 komandanın – “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar.Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib.xeber100.com