Azərbaycan Konqreslər Bürosu 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisində iştirak edir. Büronun nümayəndələri sərgi zamanı qonaqlara və iştirakçılara mayın 1-dən 31-dək keçiriləcək növbəti Bakı Şopinq Festivalı barədə ətraflı məlumat verəcək. MICE turizmi sahəsində əməkdaşlıq etmək istəyən şirkət nümayəndələri və Bakı Şopinq Festivalına qoşulmaq istəyən biznes sahibləri Bakı Ekspo Mərkəzində Azərbaycan Konqreslər Bürosunun stendinə yaxınlaşa bilərlər.Azərtac xəbər verir ki, Azərbaycan Konqreslər Bürosu “AITF-2018” sərgisi üçün xüsusi olaraq Azərbaycanın MICE potensialının artırılması məqsədilə ingilis dilində “Azerbaijan Planner’s Guide” kataloqunu hazırlayıb. Burada Bakı və Azərbaycanın bütün bölgələrinin işgüzar turizm sahəsində yaratdığı imkanlar barədə geniş məlumat verilir. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Növbəti Şopinq Festivalında alıcılara 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…