“Jurnalistlər üçün tikilən ikinci binada hazırda təmir işləri davam edir”
Bu barədə azvision.az-a Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
“Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Hələ ki, heç bir yenilik yoxdur. Yenilik olan kimi mətbuata açıqlama veriləcək”,-deyə V.Səfərli vurğulayıb.
Binanın bu il təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq.
Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib. Ümumilikdə 156 jurnalist mənzillə təmin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikiləcək ikinci binanın təməli isə 22 iyul 2013-cü ildə qoyulub.Xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…