Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Gününün 1987-ci ilin 17 oktyabr tarixi ilə sıx bağlıdır. Həmin gün yüz mindən çox insan Parisdə Trokadero meydanında 1948-ci ildə imzalanmış Dünya İnsan Hüquqları Bəyannaməsində zorakılıq, yoxsulluq və aclıq qurbanlarının xatirəsini yad etmək üçün toplaşıb. Onlar yoxsulluğun insan hüquqlarının pozulması olduğunu və birgə səylərlə bu hüquqların qorunmasının zəruriliyini təsdiq ediblər. Həmin gün açılan xatirə abidəsinin üzərində bəyanat həkk olunub.Azərtac xəbər verir ki, o vaxtdan əqidə və sosial mənşəyindən asılı olmayaraq ən müxtəlif təbəqələrdən olan adamlar hər il oktyabrın 17-də öz mövqelərinin dəyişmədiyini və kasıblarla həmrəylik nümayiş etdirmək üçün toplaşırlar. Dünyanın bir çox ölkələrində açılan oxşar xatirə abidələri yoxsullarla həmrəylik gününün keçirildiyi məkanlara çevrilib. 1992-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən oktyabrın 17-ni Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü elan etmək barədə qətnaməsi yoxsulluğa qarşı milli, regional və beynəlmiləl səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır. Onun qeyd edilməsi bütün ölkələrdə yoxsulluq və kasıblığın aradan qaldırılması uğrunda mübarizənin zəruriliyi barədə məlumatlılığın artırılması məqsədi daşıyır. Ölkəmizdə yoxsulluqla mübarizə dövlətin həyata keçirdiyi sosial siyasətin əsas tərkib hissələrindən biridir. Bu məqsədlə yoxsulluğun aradan qaldırılması, regionların inkişafı və məşğulluğun artırılması sahəsində Dövlət Proqramları qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…