Azərbaycan Milli Kitabxanasında “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib.
Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel -Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub. Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…