İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib. Dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini fəaliyyətinin əsas prinsipi elan edib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı kimi Prezident İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan bu sahədə demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Bahar Muradova Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dinləmələrdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib. Əli Həsənov ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun aradan qaldırılmasından, sabitliyin bərpa edilməsindən danışıb. Bildirib ki, bu dövrdən başlayaraq beynəlxalq sənədlərdə insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla qanunlar qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla həmin gün Azərbaycanda İnsan Hüquqları Günü kimi elan edilib. 2006-cı və 2011-ci illərdə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2020-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Əli Həsənov qeyd edib ki, ölkədəki QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən etibarən icra orqanları yanında İctimai Şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Diqqətə çatdırılıb ki, Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə yeddi gün sonra nəşrə başlamaq olar. Əli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev ölkəmizdə KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət yetirir. Azərbaycanda azad plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycanda internet azadlığından da danışıb. Qeyd edib ki, ölkəmizdə internet resursları da sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…