Cari ilin aprel ayında ölkənin enerji sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Azərenerji” tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat-saatdır.Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.“Azərenerji” ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat-saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard kilovat-saat olub.Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…