19-cu beynəlxalq şahmat turniri davam edir

8 Aprel 2017 12:57

Xəbər 858 dəfə oxunub

Dubayda 19-cu beynəlxalq şahmat turniri davam edir.Azərtac xəbər verir ki, bu il turnirdə 214 şahmatçı, o cümlədən 53 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub, klassik vaxt nəzarəti ilə keçirilir.Dörd turdan sonra turnirdə İspaniya şahmatçısı Xayme Latasa Santos irəlidədir. O, 4 xal toplayıb. Azərbaycan qrossmeysteri Eltac Səfərli ondan yarım xal geri qalır.Azərbaycan təmsilçiləri Nicat Abbasov, Vüqar Əsədli, Rəvan Əliyev və Vüsal Abbasovun hər birinin aktivində 2,5 xal var. Nail Bəşirli və Əhməd Əhmədzadə hər biri 2 xal, beynəlxalq usta Nərmin Xələfova isə 1,5 xal toplayıb.“Dubai Open 2017” aprelin 12-dək davam edəcək.xeber100.com