“2015-ci il ərzində manatın iki dəfə devalvasiyaya uğraması və neftin qiymətinin kəskin düşməsi 2016-cı il üçün təsdiq edilən dövlət büdcəsinə yenidən baxılmasını zəruri etdi. Büdcə təsdiq edilən zaman neftin qiyməti 50 dollardan götürülmüşdü, hazırda isə qiymət 30 dollar civarındadır. Ona görə yeni büdcədə neftin qiyməti 30 dollardan hesablanıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. O, qeyd edib ki, büdcənin həm gəlir, həm də xərclər hissəsinə təxminən 2,3 milyard manat əlavə var: “Əvvəl gəlirlər 14,5 milyard idisə, indi 16,8 manatdır. Xərclər əvvəl 16,2 milyard idisə, hazırda 18, 5 milyarddır. Bunun da 1,6 milyard manatı Dövlət Neft Fondundan transfer edilib,1,7 milyard manatı isə əlavə vergilər hesabına ödəniləcək. Vergilərin əsas hissəsi Vergilər Nazirliyi tərəfindən 6,2 faiz , Gömrük Komitəsi tərəfindən 13 faiz artırılıb”.
V.Əhmədov bildirib ki, 2,3 milyard əlavə hissənin 8 milyon manatı Prezident İlham Əliyevi verdiyi sərəncama uyğun olaraq əmək haqqı, pensiya, təqaüd, sosial müavinətlərin artırılmasına, 400 milyon manatı müdafiə xərclərinə, 525 milyon manatı dövlət borcu üçün, 300 milyon manatı isə digər sahələrə ayrılıb. Deputat insanları narahat edən ipoteka məsələsinin də tezliklə həll ediləcəyinə inandığını deyib:
“Əsas məsələlərdən biri də ipotekadır. İpoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Amma dövlət başçısının göstərişinə əsasən, bu sahəyə əlavə 200 milyon manat ayrılacaq. Maliyyə naziri də bildirib ki, hazırda məsələyə baxılır. Yəqin ki, öz müsbət həllini tapacaq. Ən ciddi məsələlərdən biri 2016-cı il üçün kənd təsərrüfatını daha da inkişaf etdirilməsinə nail olmaq, ixrac yönümlü məhsulların istehsalını artırmaq, xüsusilə suvarma sistemlərinə nəzarəti artırmaqdır”. Xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…