2000 nəfər qanvermə aksiyasında iştirak edib

7 Aprel 2016 14:02

Xəbər 727 dəfə oxunub

 

“İnsanlar kütləvi şəkildə cəbhə üçün qan verirlər”. Bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Lent.az-a açıqlamasında deyib. P. Hacıyevanın sözlərinə görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlər barədə xəbərlər yayıldıqca, vətəndaşlar cəbhə üçün əllərindən gələn yardımı etməyə çalışırlar: “ İnsanlar cəbhədə yaralanan əsgərlərimizə yardım etmək istəklərini qan verərək nümayiş etdirirlər. Hazırda vətəndaşların qan vermək üçün Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı və onun bölmələrinə kütləvi şəkildə axını müşahidə olunur. Artıq bir neçə gündür ki, qan vermək istəyən insanların ardı-arası kəsilmir. Təkcə bu gün ərzində Respublika üzrə 2000 nəfər insan qanvermə aksiyasında iştirak edib. Son günlər toplanan qan komponentlərə ayrılaraq cəbhə bölgəsində yerləşən xəstəxana və hospitallara göndərilib. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var”.
P.Hacıyeva Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı adından donorluq edən hər bir vətəndaşa minnətdarlığını bildirərək deyib ki, onların verdikləri hər damla qan cəbhədə yaralanan hərbçilərimizin həyatda qalması üçün mühüm amil olacaq.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05