Salyan şəhərində keçirilən müəllimlərin sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Azərtac xəbər verir ki, konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2015-2016-cı tədris ilini, ümumilikdə, müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 700 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 370 nəfər tələbə adını qazanıb. Məzunlardan 26 nəfəri 600-dən çox, 68 nəfəri isə 500-600 arası bal toplayıb. Məlumat verilib ki, yeni tədris ilinə hazırlıq işləri 55 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vəsaitlər və digər ləvazimatlar məktəblərə paylanıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni dərs ilinin başlanması münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Ölkədə, eləcə də rayonda təhsil islahatının uğurla həyata keçirildiyini deyən icra hakimiyyətinin başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, son 3 il də rayonda 6 yeni məktəb binası və əlavə korpuslar tikilib, 3 məktəb isə əsaslı təmir edilib. S.Hətəmov rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyindən də ətraflı söhbət açıb. Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 21 məzuna və 8 qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…