2016-2017-ci dərs ili üçün Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın şagirdin qəbul olunacağı gözlənilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, bugünkü məlumata əsasən, “mektebeqebul.edu.az” saytı vasitəsilə 45 min 742 valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 42 min 892 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 min 850 nəfəri isə lisey və gimnaziyaları seçib. Məktəblərdə I sinfə qəbul prosesi sentyabrın 15-də yekunlaşacaq. Uşaqlarının I sinfə qəbulu üçün qeydiyyatdan keçməkdə gecikən valideynlər isə oktyabrın 15-dək BŞTİ-yə ərizə ilə müraciət edə biləcəklər. Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə cari il martın 1-də başlanılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…