2016-2017-ci il mövsümünün püşkatma mərasimi keçirilib

26 İyul 2016 10:51

Xəbər 1060 dəfə oxunub

AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2016-2017-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Azərtac xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Premyer Liqada mübarizə aparacaq 8 klubun nümayəndələri iştirak ediblər. Püşkə əsasən ilk turda “Qarabağ”-“İnter”, “Zirə”-“Sumqayıt”, “Qəbələ-“Kəpəz” və AZAL-“Neftçi” görüşləri oynanılacaq. Çempionatın ilk turunun oyunları avqustun 6-7-də keçiriləcək.xeber100.com