Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub. Azərtac xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Fransız Universitetinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, UFAZ-da dörd ixtisas – kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris aparılacaq. Bu universiteti bitirən tələbələr həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar. UFAZ-da tədris Fransa tərəfindən tərəfdaş olan Strasburq Universitetinin proqramları əsasında həyata keçiriləcək. Bu il 143 gənc UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişli, 23-ü isə ödənişli əsaslarla təhsil alacaq. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. O, UFAZ-ın təhsilə töhfə verəcəyinə əminliyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…