2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb

22 Aprel 2016 11:49

Xəbər 846 dəfə oxunub

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.

Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparır.

98 kq
1/16 final – Yerulan İskakov (Qazaxıstan) – Orxan Nuriyev 2:4
1/8 final – Orxan Nuriyev – Radoslav Pavel Qrzibiçki (Polşa) 1:3

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de-Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıblar. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.xeber100.com