2016-cı il üzrə “Ballon d’Or” mükafatının qalibi seçilib

13 Dekabr 2016 10:34

Xəbər 817 dəfə oxunub

“France Football” nəşrinin 2016-cı il üzrə “Ballon d’Or” (Qızıl top) mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo seçilib.Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.Xatırladaq ki, Kriştianu Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.Qalibin elan edilməsinə bir neçə saat qalmış Kriştianu Ronaldunun əlində mükafat olan şəklinin “France Football” jurnalının üz qabığında yayılması ilə artıq sosial şəbəkələrdə “Qızıl top”un sahibinin kim olacağına şübhə qalmayıb.“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi və braziliyalı hücumçu Neymar da Silva Santos da “Qızıl top” mükafatına namizədlər arasında idilər.xeber100.com