Vergilər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamında verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyik qarşısında duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, iclasda çıxış edən Azərbaycanın vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov deyib: “Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi və investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə mühüm addımlar atılıb. Vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə e-bəyannamə və e-VHF sisteminin tətbiqi, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatı, sahibkarların elektron qeydiyyatı, elektron xidmətlərin sayının artırılması, e-auditin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Ümumilikdə istər vergi qanunvericiliyinin, istərsə də vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə vacib işlər görülüb”.Vergilər naziri F.Məmmədov Tədbirlər Planından irəli gələn məsələlərin icrası, habelə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…