2016-cı ilin ən yaxşı futbolçuları müəyyənləşib

8 Noyabr 2016 11:51

Xəbər 788 dəfə oxunub

2016-cı il dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi ilə bağlı FİFA-nın rəsmi saytında 300 mindən çox insan səs verib. Azərtac xəbər verir ki, bununla bağlı qurumun mətbuat xidməti məlumat verib. Bildirilib ki, bu rəqəm səsvermənin ilk iki günündə qeydə alınıb. Azarkeşlər arasında internet səsvermə noyabrın 22-dək davam edəcək. Bundan əlavə, milli komandaların baş məşqçiləri ilə kapitanlarının, həmçinin dünya üzrə 200-dən çox mətbu orqanın nümayəndəsinin seçimləri nəzərə alınacaq. Qeyd edək ki, ən yaxşı futbolçunun adı 2017-ci il yanvarın 9-da elan olunacaq.xeber100.com