2016-cı ilin ən yaxşı idmançısı müəyyənləşib

28 Dekabr 2016 11:54

Xəbər 876 dəfə oxunub

Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 2016-cı ilin ən yaxşı idmançısı seçilib.Azərtac xəbər verir ki, iyirmi yeddi informasiya agentliyinin iştirak etdiyi sorğuda 31 yaşlı hücumçu ingiltərəli tennisçi Endi Marreyi qabaqlayıb.Cari ildə K.Ronaldo İspaniyanın “Real Madrid” komandasının heyətində UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. Portuqaliyalı ulduz, həmçinin milli komanda ilə Avropa çempionu titulunu qazanıb.xeber100.com