2016-cı ilin çempionu müəyyənləşib

29 Noyabr 2016 10:31

Xəbər 940 dəfə oxunub

Braziliya A seriyasında 2016-cı ilin çempionu müəyyənləşib.Azərtac xəbər verir ki, “Palmeyras” futbol klubu sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.Otuz yeddinci turda “Şapekoense” klubu üzərində 1:0 hesablı qələbə qazanan Kukanın yetirmələri turnir cədvəlində ikinci olan “Flamenqo”nu 7 xal qabaqlayıblar. Nəticədə 22 illik çempionluq həsrətinə son qoyan “Palmeyras” tarixində 9-cu dəfə A seriyasının qalibi olub.Qeyd edək ki, Sao Paolo təmsilçisi sonuncu dəfə 1994-cü ildə bu titula yiyələnmişdi.xeber100.com