2016-cı ilin idman laureatlarının adları açıqlanıb

30 Dekabr 2016 11:56

Xəbər 852 dəfə oxunub

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2016-cı ilin idman laureatlarının adlarını açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi  ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilin idman xadimi elan edilib. 42-cü Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ilin idman təşkilatçısı seçilib.Cari ilin idman jurnalistləri isə Qabil Mehdiyev (“İdman”), Mirağa Mirzəyev (“Futbol+”), Kamal Rza (“Sportsman”), Rizvan Cəfərov (“Azərbaycan”), Rüstəm Əfsərli (CBC Sport), Rövşən Əhlimanoğlu (“Report”) və İbrahim Cəfərov (futbolxeber.az) olublar. İlin fotoreportyoru Qənbər Cəlilov (AFFA) olub.“Olimpiya dünyası”, “Futbol+”, “Azərbaycan” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” qalib seçilib.Taekvondo üzrə milli komandanın baş məşqçisi Reza Mehmandost, “Qarabağ” futbol klubunun çalışdırıcısı Qurban Qurbanov və futbol üzrə yığma komandanın baş məşqçisi Robert Prosineçki ilin baş məşqçiləri elan ediliblər.İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Bəhram Bağırzadə olublar.xeber100.com