2016-nın ən yaxşı futbolçusu müəyyənləşib

12 İyul 2016 10:02

Xəbər 1111 dəfə oxunub

AÇ-2016-nın rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünən başa çatan yarışın təşkilatçıları yığmanı 4-2-3-1 taktiki sxeminə uyğun şəkildə tərtib edib. Qitə çempionu Portuqaliya daha çox – 4 oyunçu ilə “11-lik”də təmsil olunub. Yığmaya Almaniya 3, Fransa və Uels hərəyə 2 futbolçu verib.

Qapıçı

Rui Patrisio (Portuqaliya)

Müdafiəçilər

Cerom Boatenq (Almaniya), Coşua Kimmix (Almaniya), Pepe (Portuqaliya), Rafael Qerrero (Portuqaliya)

Yarımmüdafiəçilər

Toni Kroos (Almaniya), Co Allen (Uels), Antuan Qrizmann (Fransa), Aaron Remsi (Uels), Dmitri Payet (Fransa)

Hücumçu

Kriştianu Ronaldo (Portuqaliya)

Qeyd edək ki, AÇ-2016-nın ən yaxşı futbolçusu da müəyyənləşib. Turnirin ən yaxşısı adına Fransa millisinin futbolçusu Antuan Qrizmann layiq görülüb.xeber100.com