2016/2017-ci il mövsümünün püşkü atılıb

7 Oktyabr 2016 11:37

Xəbər 871 dəfə oxunub

Oktyabrın 6-da futbol üzrə Azərbaycan kuboku yarışlarının 2016/2017-ci il mövsümünün püşkü atılıb. Azərtac xəbər verir ki, yeni mövsümdə mükafat uğrunda 18 klub mübarizə aparacaq. Püşkatmanın nəticəsinə əsasən, 1/16 və 1/8 finalda mübarizə aparacaq cütlüklər müəyyənləşib. Onaltıdabir final mərhələsində “Turan Tovuz” – “Bakılı” və “Şəmkir” – “Qaradağ Lökbatan” görüşləri oynanılacaq. Səkkizdəbir finalda isə “Kəpəz” “Şahdağ”, “Neftçi” “Şərurspor”, “Sumqayıt” MOİK, “Qarabağ” “Səbail”, “Zirə” – “Turan Tovuz”/”Bakılı”, “Qəbələ” “Zaqatala”, “İnter” – “Şəmkir”/”Qaradağ Lökbatan” və AZAL komandası isə “Rəvan” ilə qarşılaşacaq. Onaltıdabir final mərhələsinin matçları oktyabrın 12-də, növbəti görüşlər isə dekabrın 2-3-də oynanılacaq.xeber100.com