2016/2017 mövsümünün ən yaxşı klubu…

5 Sentyabr 2017 10:46

Xəbər 847 dəfə oxunub

Madridin “Real” futbol klubu Avropa Klubları Assosiasiyası (ECA) tərəfindən 2016/2017 mövsümünün ən yaxşı klubu seçilib.Azərtac klubun rəsmi saytına istinadla bildirir ki, bununla da “Real” ardıcıl iki il olaraq qitənin ən yaxşısı seçilir.Kral klubunun oyunçuları ötən mövsüm Çempionlar Liqası, Avropa Superkuboku və İspaniya çempionatının qalibi olublar.xeber100.com