Dekabrın 6-da “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar arasında keçiriləcək qarşılaşmalarla UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində mübarizə başa çatacaq.Azərtac xəbər verir ki, mötəbər turnirin “E” qrupunda “Liverpul” Moskvanın “Spartak” klubunu qəbul edəcək. “Sevilya” isə səfərdə Sloveniyanın “Maribor” komandası ilə üz-üzə gələcək. Bu qrupda “Liverpul”un 9, “Sevilya”nın 8, “Spartak”ın 6, “Maribor”un 2 xalı var.“F” qrupunda keçirdiyi bütün görüşlərdə qələbə qazanan “Mançester Siti” Ukraynada qrupun ikincisi “Şaxtyor” ilə qarşılaşacaq. Digər görüşdə isə bütün oyunlarda məğlubiyyətə uğrayan “Feyenord” qrupda üçüncü olan “Napoli”ni qəbul edəcək.“G” qrupunda birinci yeri əvvəlki turda təmin edən “Beşiktaş” Almaniya səfərində “Leypsiq”in qonağı olacaq. “Portu” komandası doğma divarlar arasında “Monako” ilə üz-üzə gələcək. “Leypsiq” və “Portu” komandalarının 7, “Monako”nun 2 xalı var.“H” qrupunda liderliyi əldən verməmək üçün “Tottenhem” komandasına Londonda Kiprin “APOEL” klubu ilə görüşdə heç-heçə də kifayət edir. Qrupda ikinci sırada yer alan “Real Madrid” isə Madriddə “Borussiya Dortmund” ilə üz-üzə gələcək. “Tottenhem”in aktivində 13, “Real Madrid”in 10 xalı var. “Borussiya Dortmund” və “APOEL” isə 2 xal toplayıblar.Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…