2017-2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən “Qəbələ” komandasının şərəfini qoruyacaq. İyirmi yeddi yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012-ci illər) və “Genk”in (2012-2015-ci illər) uğurları üçün çalışıb.Cinah oyunçusu 2012-2013-cü il mövsümündə Belçika kubokunun qalibi, 2011-2012-ci il mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015-2017-ci ildə Fransanın “Brest” klubunda çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə Fransanın U-18, U-19, U-20 və U-21 milli komandalarının şərəfini qoruyub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…