2017-2018-ci illər mövsümündə oyun cədvəli müəyyənləşib

17 Avqust 2017 13:28

Xəbər 1169 dəfə oxunub

Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümündə ikinci turun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, avqustun 19-da start götürəcək turun ilk oyunu “Dalğa Arena”da “Səbail” ilə “Neftçi” klubları arasında olacaq. Eyni gündə “Azersun Arena”da “Qarabağ” komandası Bakı təmsilçisi “İnter”i qonaq edəcək.Avqustun 20-də isə “Qəbələ” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Yevlax şəhər stadionunda isə “Kəpəz”–“Zirə” komandalarının görüşü keçiriləcək.xeber100.com