Prezident İlham Əliyev iyulun 14-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.Azərtac xəbər verir ki, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.Kənd Təsərrüfatı Nazirliyinə qurumun aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirmək, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etmək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək tapşırılıb. Həmçinin Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat veriləcək.Dövlət Proqramının icrasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…