İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında 2017-ci il dövlət büdcəsi haqqında Qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.Azərtac xəbər verir ki, iclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsindən danışıb.Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün 68 milyon manat vəsait yönəldiləcək.Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə Hesablama Palatası da rəy verib. Palatanın rəyi müsbətdir.Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək bu dəyişiklikləri yüksək qiymətləndiriblər.Sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…