Dünya Bankı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan ölkələr tərəfindən neft hasilatının dondurulması haqqında sazişin hazırlanması fonunda 2017-ci il üçün neftin qiymətləri ilə bağlı proqnozunu yaxşılaşdıraraq, bir barrel üçün 53-55 dollar civarında müəyyən edib. Azərtac Dünya Bankına istinadla xəbər verir ki, enerji daşıyıcılarının, o cümlədən neftin, təbii qazın və kömürün qiymətləri gələn il 25 faiz artmalıdır və bu da iyulda gözlənildiyindən daha böyük artımdır. 2016-cı ildə neftin qiymətləri ilə bağlı proqnoz bir barrel üçün 43 dollar səviyyəsində qalacaq. Dünya Bankının böyük iqtisadçısı Con Baffes deyib: “Gələn il biz neft başda olmaqla, enerji daşıyıcılarının qiymətlərinin xeyli artacağını gözləyirik. Buna baxmayaraq, perspektivlər ətrafında xeyli qeyri-müəyyənlik var, çünki biz detalları və OPEC-in sazişinin həyata keçməsini gözləyirik. Heç şübhəsiz, bu saziş neft bazarlarına əhəmiyyətli təsir göstərəcək”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…