İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonları üzrə 2017-ci ilin İnvestisiya Reytinqini təqdim edib.Mərkəzdən Azərtac-a bildiriblər ki, reytinqin tərtib edilməsinin əsas məqsədi iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq, ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabətqabiliyyətli sahələrinin müəyyən edilməsi, zaman sırası və sahələrarası təhlilinin aparılması, regionların rəqabətqabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsidir.Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib. Analoji yanaşma Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunub.İnvestisiya reytinqi haqqında tədqiqatlar respublikanın əsas şəhər və rayonlarında aparılıb. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…