2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib

28 Sentyabr 2017 12:13

Xəbər 859 dəfə oxunub

Sentyabrın 27-də AFFA-nın futbol akademiyasında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.AFFA-dan Azərtac-a bildirilib ki, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edilib. Sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.Püşkün nəticəsinə əsasən, yüksək liqanın birinci turunda “Neftçi” İK – “Yasamal”, EKOL – “Araz”, FK.İD.Futsal – Marafon Futsal görüşləri keçiriləcək. Oyunlar sentyabrın 30-da olacaq.Qeyd edək ki, yeddi komandanın iştirakı ilə təşkil ediləcək yüksək liqa dörd dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. Birinci turun oyunları “ABU Arena”da keçiriləcək.xeber100.com