Bakı Ali Neft Məktəbi (BANM) 2017/2018-ci tədris ili üzrə “Dayanıqlı İnkişaf üzrə Hesabat” hazırlayıb. BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir.BANM-dən Azərtac-a bildirilib ki, hesabatın əsas məqsədi ali məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini şəffaf şəkildə açıqlamaqdır. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinin BANM-in strategiyasına inteqrqasiya olunması yer alıb. Hesabat ali məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutu, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə verilən bir töhfədir. BANM bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəsinə götürüb.Qeyd edək ki, ali məktəbin “Dayanıqlı İnkişaf üzrə Hesabat”ı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyünə “EY Azərbaycan” şirkəti tərəfindən müsbət rəy verilib və təsdiq olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…