2018-2019-cu illər mövsümünün püşkü atılıb

27 İyul 2018 11:16

Xəbər 818 dəfə oxunub

İyulun 27-də Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün püşkü atılıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən 27-ci ölkə çempionatının ilk turunda sonuncu çempion “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşacaq.“Qəbələ” doğma meydanda “Səbail”, “Keşlə” isə “Sabah” klubu ilə üz-üzə gələcək. “Sumqayıt” komandası isə “Neftçi” klubunu qəbul edəcək.Topaz Premyer Liqasının birinci turunun görüşləri avqustun 11-də və 12-də keçiriləcək.xeber100.com