2018-2019-cu tədris ili üçün birinci sinfə elektron sənəd qəbulu Bakı şəhəri üzrə fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlanacaq.Azərtac xəbər verir ki, elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək. 2018-2019-cu tədris ilində Bakı şəhəri üzrə birinci sinfə əlli mindən çox uşağın qəbulu gözlənilir.Birinci sinfə elektron sənəd qəbulu sistemində bu il tətbiq edilən yeniliyə əsasən, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların birinci sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur.Qeyd edək ki, vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən apellyasiya komissiyalarına müraciət edə bilərlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…