Futbol üzrə Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb. Azərtac xəbər verir ki, yeni müqaviləyə əsasən, Y.Löv 2020-ci ilədək Bundestimdə çalışacaq. Əlli altı yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Hazırkı müqavilə 2018-ci il dünya çempionatından sonra başa çatacaq. Xatırladaq ki, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirən Y.Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, Almaniya millisi ilə 2010-cu il dünya çempionatında bürünc, Avropa çempionatlarında bürünc (2012, 2016) və 2014-cü il dünya çempionatında isə qızıl medal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…