2018-ci il dünya çempionatının qrup mərhələsində

4 İyun 2018 13:03

Xəbər 695 dəfə oxunub

Münxenin “Bavariya” komandasının və Almaniya futbol yığmasının qapıçısı Manuel Noyer tibbi müayinədən keçərək, Rusiyada təşkil olunacaq dünya birinciliyinin oyunlarında iştirak üçün həkimlərin icazəsini alıb.AZƏRTAC “Bild” saytına istinadla xəbər verir ki, 32 yaşlı almaniyalı qolkiper ayaq zədəsi aldığından praktiki olaraq, 2017/2018-ci il mövsümündə iştirak etməyib. Noyerin Avstriya ilə yoldaşlıq görüşündə (1:2) iştirakından sonra milli komandanın baş məşqçisi Yoahim Lev Manuel futbolçunun dünya çempionatına gedib-getməyəcəyi barədə hələ qəti qərar qəbul etmədiyini bildirib.2018-ci il dünya çempionatının qrup mərhələsində Almaniya yığması Meksika, İsveç və Cənubi Koreya komandaları ilə mübarizə aparacaq.xeber100.com