2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

2 İyun 2017 12:18

Xəbər 819 dəfə oxunub

İyunun 1-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü günün sonuncu matçı İsrail və Hollandiya milliləri arasında oynanılıb.Azərtac xəbər verir ki, qarşılaşma Hollandiya voleybolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın ilk iki setində Hollandiya komandası rəqibinə asanlıqla qalib gəlib – 25:19 və 25:11. Lakin üçüncü hissədə İsrail millisi gərgin mübarizənin sonunda 25:22 hesablı qələbəyə sevinib. Buna baxmayaraq, İsrail təmsilçiləri dördüncü setdə rəqiblərinə müqavimət göstərə bilməyərək 15:25 hesabı ilə yeniliblər.Bununla da, Hollandiya yığması ardıcıl üçüncü qələbəsini qazanıb.xeber100.com