Qlobal enerji tələbatının 2040-cı ilədək illik orta hesabla 1,2 faiz artımla gündəlik 364 milyon 700 min barrel neft ekvivalentinə çatacağı gözlənilir.Azərtac xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qlobal enerjidə neft, təbii qaz və kömürün payı 75 faizə çatacaq. Neft 28 faizlə tələbatda ən böyük paya sahib olacaq. Neftdən sonra 25 faizlə təbii qaz və 22 faizlə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 19 faiz, nüvə enerjisinin payı isə 6 faiz olacaq.“Qlobal enerji tələbatındakı artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdə olacaq. Həmin ölkələrin enerji tələbatı 2040-cı ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiyanın tələbatı ildə orta hesabla 0,7 faiz artacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə enerji tələbatı isə eyni səviyyədə qalacaq”, – deyə hesabatda qeyd edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…