Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 4 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 5 və daha çox qol vuranların cədvəlinə 27 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 2 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 12 top var.2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2, “Əl-Sədd”də 7 qola sevinən hücumçu 9 dəfə rəqib qapısına yol tapıb. Portuqaliyalı Kriştianu Ronaldo 3-cü sırada qərarlaşıb. O, ümumilikdə 8 – yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda cəmi 1 qol vurub. Yeganə topun müəllifi Riçard Almeydadı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…