Avtomobil dünyasının ən maraqlı yarışlarından sayılan və hər mövsümün əvvəlində start götürən 2018-ci ilin Dakar rallisinin üçüncü mərhələsi başa çatıb.Azərtac Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla xəbər verir ki, Peruda Pisko və San Xuan De Markon şəhərləri arasında 504 kilometr uzunluğundakı marşrutda mübarizə aparan pilotların yarışında finiş xəttinə hamıdan tez “Toyota” komandasından Naser Al-Attiya çatıb. Onun yekun nəticəsi 3 saat 9 dəqiqə 8 saniyə olub.On üç dəfə Dakar rallisinin çempionu olmuş Stefan Peteransel (“Peugeot Total”) ümumi nəticəyə əsasən yarışa liderlik edir.Motosikletçilər arasında qələbəni hazırki çempion Sem Sanderlənd bayram edib. “Red Bull KTM Factory” komandasının təmsilçisi marşrutu 3 saat 20 dəqiqə 43 saniyəyə qət edib. Britaniyalı pilot ümumi nəticədə də liderdir.Kvadrasikllarla yarışda isə həm üçüncü mərhələnin qalibi, həm də ümumi nəticənin lideri İqnasio Kasaledir. “Casale Racing” komandasının təmsilçisi 504 kilometr məsafəni 3 saat 58 dəqiqə 8 saniyəyə qət edib.Yük avtomobillərinin yarışı da maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Finiş xəttinə 3 saat 56 dəqiqə 37 saniyəyə çatan Federiko Villaqranın başçılıq etdiyi “YPF Infinia Diesel Team de Rooy” komandası bu mərhələnin qalibi adını qazanıb. Bu kateqoriyada lider Eduard Nikolayevin başçılıq etdiyi Rusiyanın “Kamaz” ekipajıdır.Növbəti dördüncü mərhələ San Xuan de Markona ərazisində keçiriləcək. Marşrutun uzunluğu 444 kilometrdir.Yanvarın 6-dan start götürən və ayın 20-dək davam edəcək Dakar rallisi 14 mərhələdən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…