Misirin futbol yığması 2018-ci ilin dünya çempionatına seçim turnirinin üçüncü mərhələsində Konqo komandasına qalib gəlib və Rusiyada təşkil olunacaq çempionata vəsiqə qazanıb.Azərtac xəbər verir ki, İsgəndəriyyə şəhərində keçirilən E qrupunun oyunu Misir komandasının xeyrinə (2:1) başa çatıb. İngiltərə “Liverpul”unun hücumçu kimi də fəaliyyət göstərən yarımmüdafiəçisi Məhəmməd Saleh 63-cü dəqiqədə hesabı açıb. O, ikinci hissəyə əlavə edilmiş vaxtın 5-ci dəqiqəsində cərimə zərbəsindən qələbə qolunu vurub. Konqo yığmasında isə Arnold Buka Mutu 88-ci dəqiqədə topu rəqib komandanın qapısından keçirib.Beləliklə, Misir yığması 12 xal toplayıb və Afrikada keçirilən seçim turu başa çatmamış qrupda birinci yerə çıxıb. Komanda çempionatda sonuncu dəfə 1990-cı ildə iştirak edib.Misir və Konqo futbolçularının oyununu 86 min tamaşaçı izləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…