2018-in bombardirlər yarışında dəyişiklik olub

24 İyun 2018 20:09

Xəbər 642 dəfə oxunub

DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub.Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Lukaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.Belə ki, İngiltərə – Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.xeber100.com