Ağdamın “Qarabağ” futbol klubu iyulun 17-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxacaq.Azərtac xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Albaniya çempionu “Partizani” klubunu qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…