UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Bney Yehuda” komandaları arasında avqustun 8-də keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alacaqlar.Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.Oyun saat 21:00-da başlayacaq. Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində “Simurq”u hər iki görüşdə məğlub etmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…