Dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün dərsliklər sentyabrın 6-dək paylanılacaq.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.Mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap edilmiş dərsliklərdir.Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…