2019-cu ilin bahar oyunları festivalının açılışı olub

14 May 2019 13:18

Xəbər 1192 dəfə oxunub

Türkiyənin Samsun şəhərində 2019-cu ilin bahar oyunları festivalının açılışı olub.Azərtac xəbər verir ki, Türkiyədə milli qurtuluş mübarizəsinin başlanmasının 100-cü ildönümü münasibətilə keçirilən festivalın açılışında 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib.Qeyd edək ki, mayın 19-da Türkiyədə milli qurtuluş mübarizəsinin 100-cü ildönümü dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. Yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.xeber100.com

“Habertürk” kanalının məlumatına görə…

Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq. Türkiyənin “Habertürk” kanalının məlumatına görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib. Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə bu barədə razılığa gəldiklərini qeyd edib: “Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münaqişənin həllində Türkiyənin da daxil olduğu Minsk qrupu daha səmərəli fəaliyyət göstərə bilərdi. Ancaq tərəflərdən başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadılır? Ancaq artıq bəzi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münaqişənin həllində xeyli irəliləyiş olar”.xeber100.com

Avqust 12, 2016 14:08

Türkiyə viza sərbəstliyinin həyata keçirilməsini istəyir

Türkiyə-AB münasibətləri getdikcə gərginləşir. Türkiyə mətbuatının verdiyi məlumata görə, bir müddət əvvəl Avsrtiyanın baş naziri, dünən isə onun isveçli həmkarı Stefan Löfven 15 iyuldan çevriliş cəhdindən sonra Türkiyədə yaşananları qınayıb. Hər iki baş nazir Türkiyənin AB-ə üzvlük yolunda səhv istiqamətə yönəldiyini vurğulayıblar. Onların üzərində dayandıqları arqumentlər də eynidir: Türkiyənin suriyalı qaçqınlarla bağlı AB-lə imzaladığı anlaşmalardan geri çəkilməsi Qərb üçün əsl fəlakət olar və FETÖ-yə qarşı mübarizədə qeyri-adekvat təzyiq vasitələrinə əl atılması demokratik dəyərlərdən uzaqlaşmaqdır.Stefan Löfvenə görə, Türkiyə noyabr ayının sonuna qədər viza sərbəstliyini həyata keçirilməsini istəyir: “Viza sərbəstliyinin tətbiq olunması üçün isə razılaşmadan doğan bütün öhdəliklərin yerinə yetirilməsi lazımdır. Əks halda viza sərbəstliyi qazanmaq mümkün deyil. Bu mənada Türkiyənin səhv yoldadır”. Qeyd edək ki, Türkiyə iqtisadiyyatının Avropa ortalamasından xeyli aralı olduğunu vurğulayan Kern 15 iyul qiyamından sonra dövlət orqanlarında aparılan təmizləmə əməliyyatı da ölkənin demokratik dəyərlərdən çox uzaqlaşdığını göstərir.Bu iki səbəbə görə Avropa Şurasının 16 sentyabr tarixli toplantısında Türkiyənin ittifaqa üzvlük müzakirələrinin sonlandırılmasını təklif edəcəklərini bildirən baş nazirin bu sözləri Türkiyədə ciddi əks-səda doğurmuşdu.xeber100.com

Avqust 7, 2016 13:15

Demokratiyaya və dövlətə dəstək məqsədilə mitinq…

Bu gün İstanbuldakı Yeniqapı meydanında keçiriləcək demokratiya və şəhidlər mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkənin bütün şəhərlərində davam edən demokratiya növbələrinin ən izdihamlısı olacaq. Demokratiyaya və dövlətə dəstək məqsədilə keçiriləcək mitinq Türkiyə vaxtı ilə saat 17:00-da başlayacaq. Mitinqdə 4 milyona yaxın insanın iştirak etməsi gözlənilir. Eyni gün, Türkiyənin bütün şəhərlərində də demokratiyaya dəstək mitinqləri keçiriləcək. Həmin mitinqin iştirakçıları 80 vilayətdə quraşdırılacaq nəhəng ekranlardan İstanbuldakı izdihamlı mitinqdə ediləcək çıxışları canlı izləyə biləcəklər.Türkiyənin əsas siyasi partiya liderlərinin, ictimai, siyasi və incəsənət xadimlərinin, iş adamlarının iştirak edəcəkləri izdihamlı mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, əsas siyasi partiya rəhbərlərinin çıxış edəcəkləri gözlənilir. Mitinqə hazırlıq çərçivəsində çıxışlar üçün xüsusi platforma da quraşdırılıb. Kütləvi tədbirə gələnlər üçün 2,5 milyon Türkiyə bayrağı, 1,5 milyon papaq hazırlanıb. Mitinqə insanların rahat gəlmələri üçün xüsusi avtobuslar ayrılıb. Mitinqin keçiriləcəyi ərazidə texniki və təşkilatı məsələlərin həlli üçün 13 min işçi cəlb olunub. Ərazidə 102 həkim briqadası, 728 nəfərlik tibbi heyət insanlara xidmət göstərəcək.Qeyd edək ki, Ankarada Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilmiş təhlükəsizlik toplantısında terror təşkilatları ilə mübarizə çərçivəsində aparılan əməliyyatlarla yanaşı, İstanbuldakı mitinqdə təhlükəsizlik məsələləri də müzakirə olunub.xeber100.com

Avqust 7, 2016 13:08