2020/2021-ci il mövsümünün püşkatma mərasimində

3 Avqust 2020 22:20

Xəbər 1189 dəfə oxunub

Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, mərasim avqustun 21-də keçiriləcək. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında təşkil olunacaq.Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkü atılacaq.Qeyd edək ki, Azərbaycanı avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Bakının qadınlardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışlarında mübarizə aparacaq.xeber100.com