2020-2021-ci illərdə Dünya Cüdo turunun mərhələləri keçiriləcək

30 Avqust 2020 16:06

Xəbər 1380 dəfə oxunub

Budapeşt, Tokio və Qətərdə (şəhər hələ bəlli deyil) 2020-2021-ci illərdə Dünya Cüdo turunun mərhələləri keçiriləcək. Budapeştdə turnirin oktyabrın sonunda, Tokioda dekabrın ilk yarısında təşkili nəzərdə tutulub. Qətərdə keçiriləcək yarış isə 2021-ci ilin yanvar ayına planlaşdırılıb. Bu yarışlar Tokio Olimpiadasına lisenziya xarakteri daşıdığı üçün böyük əhəmiyyətə malikdir. Komandamızın Dünya Cüdo turuna hazırlığı yüksək səviyyədə gedir. Pandemiya ilə bağlı vəziyyət imkan verəcəksə, cüdoçularımız həmin yarışlarda iştirak edəcəklər.Bu sözləri Azərtac-a məxsusi müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.O qeyd edib ki, bu yarışlardan başqa cüdoçularımızın bu ilin noyabrında Praqada keçiriləcək Avropa çempionatında da iştirakı nəzərdə tutulub.Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb.xeber100.com