Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax bildirib ki, BOK Beynəlxalq Həvəskar Boks Assosiasiyasına ünvanlanan ödənişləri dayandırır və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının proqramına boksun daxil edilib-edilməməsi məsələsinə yenidən baxmaq hüququnu özündə saxlayır.newsru.com saytı bildirir ki, T.Bax BOK-un İcraiyyə Komitəsinin iclasının yekunlarına həsr edilmiş mətbuat konfransında deyib: “Olimpiada-2020-yə kvota barəsində qərarlar qəti xarakter daşıyır. BOK Gənclər arasında Olimpiya Oyunlarının və Olimpiada-2020-nin proqramına boksun daxil edilib-edilməməsi məsələsinə yenidən baxmaq hüququnu özündə saxlayır”.T.Bax daha sonra deyib: “İcraiyyə Komitəsi federasiyanın (AİBA) idarəetmə sistemində təhqiqat başlanmasını təsdiq edir. BOK bu federasiyaya ünvanlanan ödənişləri dayandırır. BOK-un icraiyyə komitəsi həmin federasiya ilə zəruri əlaqələrdən başqa bütün əlaqələri dondurub”.Xatırladaq ki, 2017-ci il noyabrın əvvəlində AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun bu təşkilatın prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib. Ona qarşı maliyyə israfçılığı da daxil olmaqla bir sıra intizam xarakterli ittihamlar irəli sürülüb. 11 il AİBA-ya rəhbərlik etmiş bu məmur noyabrın axırlarında təşkilatın rəhbəri vəzifəsindən istefa verib. Bundan sonra prezident vəzifəsini müvəqqəti olaraq AİBA-nın vitse-prezidenti Franko Falçinelli icra edib, bu il yanvarın sonunda isə Qafur Raximov AİBA-nın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.BOK-un rəsmi saytında bildirilir ki, İcraiyyə komitəsi aprelin 30-dan gec olmayaraq AİBA-dan yeni məruzə gözləyir.Tomas Bax sonda deyib: “Biz bu problemləri hələ dekabr ayında görmüşdük, amma onlara dair izahat verilmədi. Bu, daxili qərarlar qəbul edilməsi proseduruna aiddir. Rəhbər işçilərin təyin edilməsi və seçilməsi ilə bağlı problemlər sizə də məlumdur. Federasiyanın yeni müvəqqəti prezidenti ilə bağlı, o cümlədən maliyyə məsələləri ilə əlaqədar problemlər də var. Biz bu federasiyada dopinqə qarşı mübarizə sahəsində heç bir yaxşılaşma görmədik”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…